Bakıda “Yunus Əmrə - Eşqin səsi” türk filminin qala-gecəsi keçiriləcək

Bakıda “Yunus Əmrə - Eşqin səsi” türk filminin qala-gecəsi keçiriləcək
# 10 fevral 2014 16:58 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 13-də Nizami Kino Mərkəzində “Yunus Əmrə - Eşqin səsi” türk filminin qala-gecəsi keçiriləcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, filmin çəkilişi Yunus Əmrənin məmləkəti olan Əskişəhərin 2013-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı - “Qalıcı Əsərlər” layihəsi çərçivəsində reallaşıb.

Filmin rejissoru Kürşat Kızbazdır. Yunus Əmrə obrazını Devrim Evin canlandırıb. Filmdə Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Ahmet Mekin iştirak ediblər.

Nizami Kino Mərkəzindən bildiriblər ki, qala-gecəsində filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Emin, Altan Gördüm, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR