Xorvatiyanın baş naziri Zoran Milanoviç Azərbaycana səfər edəcək

Xorvatiyanın baş naziri Zoran Milanoviç Azərbaycana səfər edəcək
# 13 dekabr 2013 14:12 (UTC +04:00)

Xorvatiya hökumətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, baş nazir “Şahdəniz” konsorsiumunun “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının elan olunması mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Z.Milanoviçin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, energetika, gəmiqayırma, infrastruktur və turizm sahələrinə investisiya qoyuluşları müzakirə olunacaq.

Qeyd edək ki, dekabrın 17-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması da gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.

Mərasimə qatılmaq üçün Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger, İtaliya və Yunanıstanın baş nazirləri Enriko Letta və Antonis Samaras da Azərbaycana gələcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR