Uruqvay Azərbaycanla gömrük sahəsində saziş imzalayacaq

Uruqvay Azərbaycanla gömrük sahəsində saziş imzalayacaq
# 15 may 2013 08:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. Uruqvay Azərbaycan, ABŞ, Çin, Rusiya və Cənubi Koreya ilə ticarət qaydalarını asanlaşdırmaq üçün gömrük sahəsində bir neçə saziş imzalayacaq.

APA-Economics”in Uruqvay mediasına istinadən verdiyi məlumata görə, bu barədə Milli Gömrük Direktoratının rəhbəri Enrike Kanon bildirib.

Onun sözlərinə görə, bu addım ölkənin rəqabət qabiliyyətini artıracaq və ticarətini asanlaşdıracaq.

E.Kanon əlavə edib ki, Azərbaycan və Cənubi Koreya ilə danışıqlar davam edir: “Gömrük sahəsində anlaşma memorandumunun Rusiya ilə oktyabrda, ABŞ-la isə yaxın zamanlarda imzalanacağı gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR