Azərbaycanda silsilə terror həyata keçirməkdə təqsirləndirilənlərin şikayətinə baxılacaq

 Azərbaycanda silsilə terror həyata keçirməkdə təqsirləndirilənlərin şikayətinə baxılacaq
# 03 iyul 2014 13:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin kassasiya şikayəti əsasında məhkəmə prosesi keçiriləcək.

APA-nın məlumatına görə, kassasiya şikayətinə iyulun 15-də baxılacaq.

Qeyd edək ki, Bakı Apellaysiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Sanıyev və digər iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR