İranda biri qadın olmaqla iki nəfər edam edilib

 İranda biri qadın olmaqla iki nəfər edam edilib
# 28 may 2014 13:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda daha iki nəfər edam olunub. APA-nın verdiyi məlumata görə, edam olunan məhbuslar qəsdən adam öldürməkdə və silahlı basqında günahlandırılıblar.

Belə ki, İranın Mazandaran vilayətində edam olunan qadın məhbus 27 ildir evli olduğu həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilib. Onun ad və soyadının yalnız baş hərfləri qeyd olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında Amol rayonunun həbsxanasında icra edilib.

Qum vilayətində edam edilən məhbus Qum şəhərindəki Şəhid Beheşti xəstəxanasına silahlı basqında iştirak etmək və qəsdən adam öldürməkdə günahlandırılıb. Onun da ad və soyadı açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 25-də axşam saatlarında Qum şəhərindəki Şəhid Beheşti xəstəxanasının qarşısında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR