Terror barədə yalan məlumat verən şəxsə hökm oxunub

Terror barədə yalan məlumat verən şəxsə hökm oxunub
# 13 mart 2014 14:49 (UTC +04:00)

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Nəsirov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Nəsirov Fövqəladə Hallar Nazirliyinin “112” xidməti ilə əlaqə saxlayaraq metronun “28 May” stansiyasında partlayış baş verəcəyi barədə məlumat verib. Lakin aparılan araşdırmadan sonra məlumatın yalan olduğu müəyyənləşib.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR