Şəkidə baş vermiş yol qəzasında ana-oğul və daha bir nəfər ölüb - YENİLƏNİB - VİDEO

Şəkidə baş vermiş yol qəzasında ana-oğul və daha bir nəfər ölüb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 02 dekabr 2013 06:44 (UTC +04:00)

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki-Qax yolunun Şəki və Qax rayonlarının həmsərhəd ərazisində baş verən ağır yol qəzasında ölənlər - “VAZ 2106” markalı avtomobilin sürücüsü, Qax rayonu Qum kənd sakini, 1958-ci il təvəllüdlü Balıyev Cümşüd İsrail oğlu, onun sərnişinləri - Qax rayonu Ləkit kənd sakini, 1965-ci il təvəllüdlü Muradova Sevinc Sadəddin qızı və Sevincin övladı 1999-cu il təvəllüdlü Hacıyev Əhməd Vidadi oğludur.

Yol qəzasında ağır xəsarət alan şəxs isə Qax rayonu Süskənd kənd sakini, 1963-cü il təvəllüdlü Şərifova Sevda İbrahim qızıdır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə iki rayonun inzibati ərazisinin birləşməsində baş verdiyindən qəzanın araşdırılması Şəki ŞRPŞ-dən alınaraq Qax RPŞ-ə həvalə edilib.

***

01 dekabr saat 2013 21:17

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda baş verən yol qəzasında üç nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki-Qax yolunda “VAZ-2106” markalı, 90 BM 316 dövlət nömrə nişanlı minik avtomobili ilə “Ford” markalı 99 BN 396 nişan dövlət nömrəli yük maşını toqquşub.

Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə yaralı vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qax MRX-dan APA-ya verilən məlumata görə, Qax rayonu Qum kənd sakini, 1958-ci il təvəllüdlü Balıyev Cümşüd İsrail oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hələlik şəxsiyyəti məlum olmayan yaralı qadının da vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR