NATO-nun baş katibi İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

NATO-nun baş katibi İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 21 oktyabr 2013 14:31 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.

NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam. Əminəm ki, biz “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR