Almaniya səfiri: “Ermənistanın Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin həcmi azalacaq”

Almaniya səfiri: “Ermənistanın Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin həcmi azalacaq”
# 24 oktyabr 2013 10:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Ermənistanın Gömrük İttifaqına qoşulması onun Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin azalmasına səbəb olacaq”. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın Ermənistandakı səfiri Rayner Morel deyib. O bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulmasının ölkə üçün iqtisadi nəticələri olacaq: “Biz Ermənistanın Gömrük İttifaqına üzvlük istiqamətində hərəkət etməsindən təəssüflənirik. Bu, Ermənistan ticarət həcminin artmasına səbəb olmayacaq. Ermənistan AB-nin təqdim edə biləcəyi imtiyazlar və gömrük sahəsindəki güzəştlərdən yararlana bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR