Viktor Yanukoviç: “Hərbi yardım xahişi ilə Rusiyaya müraciət etmək niyyətində deyiləm”

Viktor Yanukoviç: “Hərbi yardım xahişi ilə Rusiyaya müraciət etmək niyyətində deyiləm”
# 28 fevral 2014 14:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə V.Yanukoviç Rostov-Donda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi yardım göstərilməsi xahişi ilə Rusiyaya müraciət etmək niyyətində deyil: “Hazırkı vəziyyətdə hərbi addımlar yolverilməzdir. Ukrayna vahid və bölünməz olmalıdır”.

V.Yanukoviç özünün və ailəsinin təhlükəsizliyi təmin olunacağı təqdirdə, Ukraynaya qayıdacağını deyib: “Öz borcunu yerinə yetirən vətənpərvər zabitlərin köməyi ilə Rusiyaya gəldim. Rusiya prezidenti Vladimir Putinlə görüşməmişəm, Rusiya ərazisinə keçən kimi telefonla danışmışam. Razılaşdıq ki, onun imkanı olan kimi görüşəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR