Obama Krımda referendumun keçirilməsinə qarşı çıxıb

Obama Krımda referendumun keçirilməsinə qarşı çıxıb
# 06 mart 2014 20:47 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti çıxışı zamanı Muxtar Respublikanın referendum keçirmək qərarı ilə bağlı narazılığını bildirib və Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyini vəd edib.

“Krımın gələcəyi ilə bağlı təklif olunan referendum Ukrayna Konstitusiyasını və beynəlxalq hüququ pozacaq. Krımın gələcəyinə dair istənilən diskussiyalar Kiyevdəki legitim hökumətin iştirakını nəzərdə tutmalıdır”, deyə Obama bildirib.

“Lakin, böhranın tənzimlənməsi məsələsində Rusiyanın və Ukrayna xalqının maraqlarına cavab verən həll variantı da var. Krım da daxil olmaqla, Ukraynanın bütün ərazisinə beynəlxalq müşahidəçilər buraxılmalıdır ki, etnik ruslar da daxil olmaqla, Ukraynanın bütün sakinlərinin hüquqları təmin edilsin”, deyə Obama vurğulayıb.

“Rusiya və Ukrayna arasında beynəlxalq ictimaiyyətin iştirakı ilə məsləhətləşmələr başlanmalıdır”, deyə o əlavə edib. Onun sözlərinə görə, bu Rusiyanın Krımdakı maraqlarının qorunmasına imkan verəcək. Obama Moskvanın bu cür addımlar atmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyini vəd edib. ABŞ prezidenti həmçinin Şərqi Avropadakı müttəfiqlərini dəstəkləyəcəyinə söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR