Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib
# 14 iyul 2013 20:32 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşən bir nəfər dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi üzləmiş 1 nəfər dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) daha 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Xəzər və Sabuncu rayonları ərazisində də (“Zuğulba-3” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində) 2 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib, onlar dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR