Bakının Nizami rayonunda suyun verilişi məhdudlaşdırılacaq

Bakının Nizami rayonunda suyun verilişi məhdudlaşdırılacaq
# 22 aprel 2014 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Nizami rayonunda içməli suyun verilişində fasilə yaranacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rayonun Qara Qarayev prospekti 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR