Qarabağda ermənilər tərəfindən öldürülmüş sonuncu Sovet İttifaqı qəhrəmanının xatirəsi Ukraynada anılıb - FOTOSESSİYA

Qarabağda ermənilər tərəfindən öldürülmüş sonuncu Sovet İttifaqı qəhrəmanının xatirəsi Ukraynada anılıb   - <span style="color: red;">FOTOSESSİYA
# 08 aprel 2014 19:46 (UTC +04:00)

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası Poltava Regional Gənclər Təşkilatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Oleq Babak 7 aprel 1991-ci il tarixində Qubadlı rayonunun Yuxarı Cıbıxlı kənd sakinlərini erməni silahlı dəstələrindən qoruyaraq, qəhrəmancasına şəhid olub. Tədbir iştirakçıları ilk öncə Oleq Babakın ailəsini və məzarını, daha sonra Oleq Babakın adını daşıyan məktəbi ziyarət ediblər.

Tədbirdə Poltava Azərbaycanlıları Birləşmiş Diasporasının Dneprpetrovsk Regional Təşkilatının rəhbəri Sərxoş İsmayılov, Poltava Regional Gənclər Təşkilatının rəhbəri Qazax Nağı, Ukrayna Daxili Qoşunlarının komandanı Vasili Stepanoviç, Bakı Slavyan Universitetinin Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris Mərkəzinin rəhbəri Yaşar Alxasov, Priyatin Rayon Şurası rəhbərliyi, Oleq Babakın döyüş yoldaşları, komandiri və yerli sakinlər iştirak ediblər.

Oleq Yakovleviç Babak 1967-ci il fevralın 25-də Ukraynanın Priyatin rayonunun Poltava vilayətində Viktoriya kəndində dünyaya gəlib. O, 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi məktəbinə daxil olub, 1989-cu ildə oranı bitirib. Məktəbi bitirikdən sonra Babak Moskva vilayətindəki Sofrino qəsəbəsində SSRİ Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin 21-ci briqadasında xidmət göstərib.

Dağlıq Qarabağda Ermənistanın hərbi təcavüzü başladıqdan sonra Oleq Babak SSRİ daxili qoşunlarının hərbçisi kimi Azərbaycanın Qubadlı rayonuna ictimai asayişi qorumaq üçün göndərilib. Leytenant Babak daxili qoşunların Yuxarı Cıbıxlı kəndi yaxınlığındakı bölməsinə rəhbərlik edirdi. Onun son döyüş yeri də elə bura olub. 1991-ci il aprelin 7-də kənd sakinlərinin ermənilər tərəfindən qətlə yetirilməsi xəbərini alan Oleq Babak tabeçiliyindəki hərbçilərlə hadisə yerinə yollanıb. Ermənilərin dinc əhaliyə qarşı hücumlarına səssiz qala bilməyən Babak bütün gücünü, rəşadətini işğalçılara qarşı mübarizəyə yönəldib. Sonuncu dəfə o, 7 aprel tarixində kənd sakinlərini hücumdan xilas etmək üçün 70-dən çox erməniyə qarşı döyüşüb. Vəziyyətin ən gərgin olduğu anda hərbçi yoldaşlarına güllələri ona verib geri çəkilməyi əmr edib. Qeyri-bərabər döyüşdə xüsusi fədakarlıq göstərən Babak axrıncı gülləsinə kimi vuruşub. Sonda ermənilər tərəfindən xainliklə öldürülüb.

Ölümündən sonra Oleq Babaka hərbi borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə 1991-ci il sentyabrın 17-də Sovet İttifaqı Qəhrəmanı adı verilib, “Lenin” ordeni ilə təltif olunub. SSRİ daxili işlər nazirinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı O.Babakın adı əbədi olaraq 21-ci xüsusi təyinatlı Sofrino briqadasının şəxsi heyətinin sırasına daxil edilib. 2010-cu ilin oktyabrında Moskva vilayətinin Puşkin rayonundakı parkda Babakın abidəsi açılıb. Qəhrəmanın adı ilk təhsilini aldığı Viktoriya kənd məktəbinə verilib. Bundan əlavə, Moskva yaxınlığındakı Aşukin kəndindəki küçələrdən birinə də Babakın adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR