ABŞ Hərbi-Hava Qüvvələri nazirliyinə qadın rəhbər təyin oluna bilər

ABŞ Hərbi-Hava Qüvvələri nazirliyinə qadın rəhbər təyin oluna bilər
# 02 avqust 2013 04:50 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama “Science Applications International Corporation” (SAIC) müdafiə sənayesi korporasiyasının top-meneceri Debora Li Ceymsi ABŞ Hərbi-Hava Qüvvələri (HHQ) naziri vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, HHQ naziri Pentaqonda mülki vəzifə sayılır. Prezident tərəfindən irəli sürülən namizədi Senat təsdiqləyir. Hərbi-Hava Qüvvələri naziri müdafiə nazirinə tabedir. HHQ naziri, əsasən, təminat və maliyyə fəaliyyətinə aid məsələlərə cavabdehdir.

Debora Li Ceyms 1993-1998-ci illərdə müdafiə nazirinin köməkçisi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR