Novruz Məmmədov: “Azərbaycan bəzi hallarda qondarma “soyqırım” məsələsinə Türkiyədən də həssas yanaşıb münasibət bildirir”

Novruz Məmmədov: “Azərbaycan bəzi hallarda qondarma “soyqırım” məsələsinə Türkiyədən də həssas yanaşıb münasibət bildirir”
# 30 may 2014 11:06 (UTC +04:00)

Biz bəzi hallarda bu məsələyə Türkiyədən də həssas yanaşıb münasibət bildiririk”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ermənilərin gələn il planlaşdırdıqları qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı tədbirlərə Türkiyə rəhbərliyini dəvət etməsinə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Azərbaycanın uydurma “soyqırım” məsələsinə qarşı mübarizə apardığını söyləyən N. Məmmədov rəsmi Bakının bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə razı olduğunu bildirib: “Biz razıyıq ki, bu məsələ tarixçilər və alimlər tərəfindən öyrənilməlidir. Bu məsələləri siyasiləşdirmək, müəyyən divident qazanmaq düzgün deyil. Düşünürəm ki Ermənistan rəhbərliyi hansı addımı atırsa atsın, arxasında bir məkrli niyyət var. Onlar dəvət də ediblər. Futbola da gəlib baxıblar. Sonra görürsən ki, əsl fikirləri başqadır. İndi Türkiyə rəhbərliyi bunu başa düşür. Türkiyə özü hansı addımlar lazımdırsa, atacaq. Əgər Ermənistan rəhbərliyi konstruktiv mövqe tutub, proseslərə ədalətli yanaşma nümayiş etdirərsə, o bütün tərəflərdə qəbul edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR