Azərbaycan Kazan Helikopter Zavodunda sifarişlərinin icrasına görə üçüncü ölkə olub

Azərbaycan Kazan Helikopter Zavodunda sifarişlərinin icrasına görə üçüncü ölkə olub
# 27 mart 2014 13:22 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan 2013-cü ildə Rusiyanın Kazan Helikopter Zavodunda (KVZ) sifarişlərinin icrasına görə üçüncü ölkə olub.

APA-nın məlumatına görə, bu barədə KVZ-nin 2013-cü ilin yekunlarına dair hesabatında bildirilib.

Ötən il müəssisə tərəfindən Azərbaycanın 3,8 mlrd. rubl dəyərində sifarişi yerinə yetirilib. Azərbaycan müəssisənin sifarişçiləri arasında Hindistan və ABŞ-dan sonra üçüncü yerdə dayanıb.

KVZ tərəfindən ümumilikdə ötən il 100 helikopter istehsal edilib və bunun 76-sı xarici sifarişçilərə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanın Rusiyaya sifariş verdiyi Mi-8/17 hərbi nəqliyyat helikopterləri KVZ-də istehsal edilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR