Azərbaycan dövlət başçısı Çilinin yeni seçilmiş xanım prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı Çilinin yeni seçilmiş xanım prezidentini təbrik edib
# 19 dekabr 2013 11:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çilinin yeni seçilmiş prezidenti, xanım Mişel Baçeletə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, xanım Baçeleti Çili prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edən İ. Əliyev Azərbaycan-Çili münasibətlərinin xalqların mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR