Azərbaycan prezidenti Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb
# 20 sentyabr 2013 16:17 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-Economics”in xəbərinə görə, sərəncama əsasən Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR