BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 23 dekabr 2013 11:32 (UTC +04:00)

Bakı – APA. Dekabrın 23-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Bildirilib ki, 2013-cü il Azərbaycan üçün bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Bunlar sırasında Vilnüsdə keçirilən 3-cü "Şərq tərəfdaşlığı" sammitində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş və Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi xüsusi olaraq qeyd olunub.

Daha sonra BAXCP İdarə Heyəti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR