İrandan Azərbaycana külli miqdarda psixotrop dərman keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda psixotrop dərman keçirilməsinin qarşısı alınıb
# 19 fevral 2014 13:49 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 14 fevral 2014-cü il tarixdə saat 04.30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.

Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 kanvalyut “travamis”, “opidol,” “tamol-xx” psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR