Bakıda Litvanın turizm potensialının təqdimatı keçirilib - FOTOSESSİYA

Bakıda Litvanın turizm potensialının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 yanvar 2014 22:18 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bakıda yanvarın 14-də Litvanın turizm potensialının təqdimat mərasimi keçirilib. “Kəhrəbalı Litva” adı altında baş tutmuş tədbir Litvanın Turizm üzrə Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə Litvanın kurort bölgələri haqqında qonaqlara ətraflı məlumat verilib. Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte Litvaya Azərbaycandan gələn turistlərin sayının artdığını qeyd edərək, Litvanın Azərbaycandan gələn turistlərin sayının daha artmasında maraqlı olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən qonaqlar həmçinin Litvadakı tibbi turizmin imkanları ilə də tanış olublar. Litvanın tibbi turizm sahəsinin nümayəndəsi Qrajvidas Morkus ölkələrindəki keyfiyyətli müalicənin Avropanın bir sıra ölkələrində göstərilən tibbi xidmətlə müqayisədə daha sərfəli olduğunu qeyd edib.

Tədbirdə daha sonra Litvanın şəhərlərinə həsr olunmuş film nümayiş etdirilib. Vilnüsün Avropanın ən yaşıl şəhəri olduğu, digər şəhərlərin də ilin bütün fəslərində unudulmaz məzuniyyət təqdim etmək imkanında olduğu tədbir iştirakçıların diqqətinə çatdırılıb. Qonaqlara həmçinin Litvanın müxtəlif zəngin mineral və müalicəvi suları haqqında ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR