İran səfiri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə görüşüb

İran səfiri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə görüşüb
# 03 yanvar 2014 12:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə görüşüb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, səfir arxiyepiskopu Yeni İl bayramı və yeni milad ili münasibətilə təbrik edərək, İran prezidenti Həsən Ruhaninin “zorakılıq və radikalizmə qarşı dünya”ya əsaslanan layihəsinin cəhətlərini açıqlayıb.

M. Pak Ayin, həmçinin müharibə və ədalətsizliklə mübarizə üçün ilahi dinlərin məqsədlərinə də toxunub: “İran prezidentinin layihəsi icra olunduğu təqdirdə dünyada islam və xristian peyğəmbərlərinin məqsədi olan ədalət və ədalətli sülhün bərqərar olunmasının şahidi olacağıq”.

A. İşein də öz növbəsində dəfələrlə İrana səfər etdiyini bildirərək, bu ölkənin xalqını mehriban və sivilizasiyalı xalq adlandırıb: “İranda dini azlıqlar, o cümlədən ermənilərin öz hüquqlarından maksimum yararlanmaları, hətta İran parlamentində təmsil olunmalarından məmnunam”.

Arxiyepiskop, həmçinin dünya ictimaiyyətinin İran prezidentinin layihəsini dəstəkləyəcəyinə inandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR