Gəncədə qanunsuz qumar oyunları ilə vətəndaşların pulunu mənimsəyən şəxslər həbs edilib - FOTO - VİDEO

Gəncədə qanunsuz qumar oyunları ilə vətəndaşların pulunu mənimsəyən şəxslər həbs edilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 may 2014 09:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhərində keçirilən əməliyyat tədbirləri zamanı Cavadxan küçəsi 12 ünvanında qanunsuz “onlayn” qumar oyunlarının təşkil edildiyi aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri – 21 yaşlı Vüsal Məmmədzadə, 37 yaşlı Namiq Abbasov və 50 yaşlı Nofəl Rəfibəyli əvvəlcədən əlbir olaraq obyekti icarəyə götürüblər və burada müxtəlif qumar oyunları təşkil ediblər. Obyektə baxış zamanı daha 7 nəfər vətəndaşın da qanunsuz qumar oyunlarında iştirakı müəyyənləşib. Vüsal Məmmədzadə ifadəsində bildirib ki, qanunsuz futbol proqnozları vermək adı ilə vətəndaşlardan külli miqdarda pul yığıb.

Araşdırmalarla daha sonra müəyyənləşib ki, Namiq Abbasov obyektin bir hissəsində qanunsuz loto-kazino təşkil edib və bu yolla vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Əməliyyatçılar obyektdən qumar oyun proqramları yazılmış kompüter dəstləri, monitorlar, qumar kuponları çap edən xüsusi printerlər, külli miqdarda oyun kuponu və nağd pul aşkarlayaraq götürüblər.

Saxlanılan 3 nəfər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, istintaq araşdırmaları aparılır. Həmçinin qumar oyunlarında iştirak edən digər şəxslər barəsində də qanunla nəzərdə tutulmuş qaydada ölçü götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR