«Dəmirbank» yeni güzəştli kredit aksiyası keçirir

«Dəmirbank» yeni güzəştli kredit aksiyası keçirir
# 01 noyabr 2013 08:11 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Dəmirbank» ASC Nar Bayramı (2 noyabr) münasibətilə Göyçay rayonunda yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya noyabrın 22-dək davam edəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində bankın Göyçay filialı tərəfindən verilən mikro və kiçik biznes kreditləri üçün illik faiz dərəcəsində 3% endirim təqdim olunur. Müştərilər minimal olaraq 500 manat, maksimum isə 100 min manat məbləğində kredit ala bilərlər. Kreditlər 36 ay müddətinə verilir. Kreditin məbləği 4 min manatadək olduqda zamin, 10 min manatadək olduqda isə girov tələb olunmur.

Qeyd edək ki, «Dəmirbank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları qismində Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkət (FMO) çıxış edir. Bank «Fitch Ratings» və «Planet Rating» agentliklərinin «stabil» proqnozlu «B» reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR