Makedoniya və İndoneziya prezidentləri Azərbaycan prezidentini təbrik ediblər

Makedoniya və İndoneziya prezidentləri Azərbaycan prezidentini təbrik ediblər
# 01 noyabr 2013 17:04 (UTC +04:00)

Bakı – APA. Makedoniya prezidenti George İvanov Azərbaycan prezidenti İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Makedoniya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, qarşıdakı illərdə əlaqələrimiz dostluq və əməkdaşlıq ruhunda davam edəcək”.

İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono da Azərbaycan prezidentini təbrik edib. Təbrikdə bildirilir: “Azərbaycan Respublikasının prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi İndoneziya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Sizin yeni prezidentlik dövrünüzdə uzun illər boyu ölkələrimizin malik olduğu konstruktiv əməkdaşlıq davam etdiriləcək. Qarşılıqlı əməkdaşlığımızın potensialı böyükdür. Bununla əlaqədar, mən Sizinlə əməkdaşlığın digər istiqamətlərində, xüsusilə enerji, ticarət və sərmayə qoyuluşu sahələrində çalışmağa ümid edirəm”.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin, “Pakistan Observer” jurnalının baş redaktoru Zahid Malik, Türkiyə Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının sədri Hasan Ekşi, Neft-Qaz Sənayesi və Neft-Qaz Kompleksləri Tikintisi İşçilərinin Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının baş katibi Məlik Mirzəyev, ABŞ-ın Delaver Ştatı Nümayəndələr Palatasının üzvü Helen Kili, ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü G.A.Hardavey, Tennesi ştatı Nümayəndələr Palatasının üzvü Antonio Parkinson da Azərbaycan prezidentinə təbrik məktubu göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR