Nyu Yorkda təyyarə avtomobil yoluna məcburi eniş edib

Nyu Yorkda təyyarə avtomobil yoluna məcburi eniş edib
# 05 yanvar 2014 01:55 (UTC +04:00)

Bakı-APA. Nyu Yorkun Bronks rayonunda kiçik mühərrikli təyyarə avtomobil yoluna məcburi eniş edib.

APA-nın “BBC”-yə verdiyi xəbərə görə, Piper Cub təkmühərrikli təyyarənin göyərtəsində olan 3 nəfər xəsarətsiz dərhal təyyarəni tərk edə bilib.

İnsidentin səbəbləri araşdırılır. İlkin ehtimala görə, təyyarə texniki nasazlıq və ya yanacaq çatışmazlığı səbəbindən məcburi eniş etməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR