ABŞ prezidenti Senatın komitə sədrləri ilə İranın nüvə proqramını müzakirə edəcək

ABŞ prezidenti Senatın komitə sədrləri ilə İranın nüvə proqramını müzakirə edəcək
# 19 noyabr 2013 09:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün ABŞ prezidenti Barak Obama Senatın komitə sədrləri ilə görüşəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Bernadet Mihən açıqlama verib.

Onun sözlərinə görə, görüş Ağ Evdə baş tutacaq və toplantıya ABŞ Senatının bank, xarici əlaqələr, silahlı qüvvələr və kəşfiyyat komitələrinin rəhbərləri qatılacaqlar.

B.Mihən deyib ki, görüşün əsas müzakirə mövzusu noyabrın 20-21-də Cenevrədə İranla “altılıq” ölkələri arasında keçirilməsi planlaşdırılan növbəti nüvə danışıqlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR