Bakı Dairəvi yolunda yük maşını aşıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Bakı Dairəvi yolunda yük maşını aşıb, sürücü xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 noyabr 2013 20:18 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA- Bakı Dairəvi yolunun Yeni Yasamala ayrılan hissəsində ağırtonnajlı yük maşını aşıb. 90 NU 571 dövlət nömrə nişanlı "Mercedes Benz" markalı maşın qumla yüklü olub.

Sürücü 110 km/saat sürət limiti olan yolda qəfil idarəetməni itirib. Daha sonra yoldan çıxaraq aşıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Yüngül xəsarət alan sürücü içki müayinəsi üçün müvafiq məntəqəyə aparılıb. Yük maşını isə yararsız hala düşüb.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR