ARDNŞ “Neft Daşları” yatağında yeni quyu qazır

ARDNŞ “Neft Daşları” yatağında yeni quyu qazır
# 30 iyun 2014 13:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu qazır.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “Neft Daşları” yatağındakı 418a nömrəli platformadan 2615 nömrəli quyuda aparılan qazma işləri davam etdirilir. “Neft Daşları” Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1100 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR