Avropa Birliyi “Rubik kubiki"nin 40 illiyini qeyd edir

Avropa Birliyi “Rubik kubiki"nin 40 illiyini qeyd edir
# 29 mart 2014 04:20 (UTC +04:00)

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bu münasibətlə Avropa komissiyasının prezidenti Xose Manuel Barroso məşhur ixtiraçı Ernyo Rubiki qəbul edib.

“Bu gün biz dünyada Avropa ixtiraçılığının rəmzi olan oyuncağın 40 illiyini qeyd edirik”, - deyə Barroso bildirib.

Onun qənaətinə görə, “Rubik kubiki” avropalılara daim onların istedad, bilik və bacarıqlarından xəbər verir.

Xatırladaq ki, "Rubik kubiki"ni 1974-cü ildə macarıstanlı memar və heykəltəraş Ernyo Rubik ixtira edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR