Maya Pancikidze: “Gürcüstan bundan sonra da alternativ enerji layihələrində iştiraka hazırdır”

Maya Pancikidze: “Gürcüstan bundan sonra da alternativ enerji layihələrində iştiraka hazırdır”
# 26 sentyabr 2013 07:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Nyu Yorkda keçirilən Xəzər Forumunda çıxışında deyib. O bildirib ki, Gürcüstan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələri üzrə öhdəliklərini uğurla yerinə yetirərək etibarlı tranzit tərəfdaşı olduğunu sübuta yetirib.

Nazir Gürcüstanın bundan sonra da Avropaya enerji nəqlinin diversifikasiyasını təmin edəcək alternativ enerji layihələrində iştiraka hazır olduğunu vurğulayıb: “Cənub dəhlizi layihəsi Qafqaz bölgəsini Avropa Birliyinə daha da yaxınlaşdıracaq. Mən əminəm ki, Türkmənistan və Qazaxıstandakı tərəfdaşlarımız da bu prosesə cəlb olunaraq Cənub dəhlizinin stabilliyi və dayanıqlılığını gücləndirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR