Türkiyədə baş verən sel fəlakəti nəticəsində 4 nəfər ölüb

Türkiyədə baş verən sel fəlakəti nəticəsində 4 nəfər ölüb
# 19 iyul 2013 09:54 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Hatay vilayətində baş verən sel fəlakəti nəticəsində 4 nəfər ölüb. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hatayın Dördyol rayonu ərazisində aramsız yağan yağışlar iyulun 19-na keçən gecə daşqına səbəb olub. Çökək yaylası adlanan yerdə bir evin çökməsi nəticəsində bir ailənin 4 üzvü ölüb, 9 nəfər xəsarət alıb. Bölgəyə axtarış-xilasetmə qrupu göndərib. Axtarış-xilasetmə tədbirlərində silahlı qüvvələrə məxsus helikopterlər də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR