Tiflisdə biotəhlükəsizlik məsələləri üzrə regional işçi qrupunun görüşü görüşü keçirilir

Tiflisdə biotəhlükəsizlik məsələləri üzrə regional işçi qrupunun görüşü görüşü keçirilir
# 23 iyun 2014 14:37 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda Asiya və Qafqaz regionu ölkələrinin iştirakı ilə biotəhlükəsizlik məsələləri üzrə regional işçi qrupunun görüşü başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş keçirilməsində əsas məqsəd hüquq-mühafizə orqanları, səhiyyə təşkilatları və biotəhlükəsizlik idarələri əməkdaşlarının görüşünü təşkil etmək, biotəhlükəsizlik məsələlərini müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.

Tədbirdə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Ermənistan, Əfqanıstan, Qazaxstan, Tacikistan, Türkmənistan və Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ekspertlər iştirak edir. Tədbirdə Azərbaycanı 7 təşkilatın nümayəndəsi təmsil edir.

Azərbaycanın Taun Əleyhinə Stansiyasının laborotoriya müdiri Sədrəddin Qurbanov jurnalistlərə açıqlamasında biotəhlükəsizlik sahəsində Azərbaycanda müsbət işlərin həyata keçirildiyini, barədə tədbir iştirakçılarına məlumat verildiyini və Azərbaycan təcrübəsinin maraqla qarşılandığını bildirib.

Tədbirdə Azərbaycanda biotəhlükəsizlik sahəsində tədbirlərin həyata keçirilməsi işində uğurlu nəticələrin əldə edildiyi vurğulanıb.

Biotəhlükəsizlik məsələləri üzrə regional işçi qrupunun görüşü iyunun 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR