Atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 09 dekabr 2014 12:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Şamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə dekabrın 11-ə təyin edilib.


Qeyd edək ki, bu il mayın 10-da 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəminində atası Qalib Rzayevi balta ilə vuraraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR