Bakı və Abşeronun bir sıra yaşayış məntəqələrinin su təchizatı məhdudlaşdırılır

Bakı və Abşeronun bir sıra yaşayış məntəqələrinin su təchizatı məhdudlaşdırılır
# 21 aprel 2015 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin içməli su təchizatında fasilələr olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aprelin 22-də saat 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR