Azərbaycanda azadlıqdan məhrumetmə yerlərindən qaçma hallarına yol verilməyib

Azərbaycanda azadlıqdan məhrumetmə yerlərindən qaçma hallarına yol verilməyib
# 15 iyul 2015 13:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabe qurumlarında 2015-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş müşavirələrin keçirilməsi davam etdirilir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Penitensiar Xidmətin Mühafizə Alayının 2015-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə keçən müşavirədə Mühafizə Alayının və Penitensiar Xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədovun Mühafizə Alayının 2015-ci ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib. Qeyd olunub ki, hesabat dövrü ərzində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib.

Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

Nizaməddin Cəlilov çıxış edərək 2015-ci ilin birinci yarım ili ərzində Mühafizə Alayının qarşısında duran vəzifələrin lazımi səviyyədə həyata keçirildiyini qeyd edib, xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR