Bakıda 3 otaqlı ev, Xaçmazda "BMW" markalı minik avtomobili yanıb

Bakıda 3 otaqlı ev, Xaçmazda "BMW" markalı minik avtomobili yanıb
# 03 dekabr 2014 01:57 (UTC +04:00)

Bakı-APA. Gecə paytaxtda və Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakıda yanğın Sabunçu rayonu ərazisində, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 50 kv.m və dam örtüyü 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub.

Xaçmaz şəhərində "BMW" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR