Kiyevdə təhsil nazirinin müavininin avtomobili atəşə tutulub

Kiyevdə təhsil nazirinin müavininin avtomobili atəşə tutulub
# 25 avqust 2015 20:21 (UTC +04:00)

Bakı-APA. Kiyevdə Ukraynanın təhsil və elm nazirinin müavini İnna Sovsunun avtomobili naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təhsil naziri Sergey Kvit məlumat verib. Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

“Ukrayna Təhsil və Elm Nazirliyinin qarşısında mənim birinci müavinim İnna Sovsunun avtomobili atəşə tutulub. Xəsarət alan olmayıb”, deyə Kvit Facebook dərc etdiyi məlumatda bildirib.

Nazir insidentin təfərrüatları barədə məlumatsız olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR