İndiyədək dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

İndiyədək dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlanıb
# 02 noyabr 2015 10:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 32 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib.

Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2015-ci il oktyabrın 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “AGBank” liderdir. Hesabat dövründə bu bank 1410 ipoteka krediti verib. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi "Dəmirbank" (1369 kredit), "Xalq Bank" (1367 kredit), "Bank Standard" (1349 kredit) və “Muğanbank” (1209) tamamlayır.

“Yapı Kredi Bank”(37), “Azər-Türk Bank” (28 kredit), "Azərbaycan Sənaye Bankı" (17), “Rabitəbank” (15), "Azərbaycan Kredit Bankı" (14) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.

Qeyd edək ki, Mərkəzi Bankın qərarı ilə Azərbaycan Kredit Bankının lisenziyası dayandırılıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR