G 20 sammiti çərçivəsində liderlərin ikili görüşləri keçirilir

G 20 sammiti çərçivəsində liderlərin ikili görüşləri keçirilir
# 15 noyabr 2015 15:31 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. Müxtәlif ölkәlәrdә iqtisadi inkişaf qeyri-bәrabәr gedir, inkişafln sәviyyәsi gözlәntilәri doğrultmur.

APA-nın mәlumatına görә, bu barәdә "Böyük iyirmilik" sammitinin kommunuke layihәsindә deyilir. Mәtndә göstәrilir ki, dünya liderlәri problemin hәlli üçün bütün bütün siyasi vasitәlәrdәn istifadә etmәk niyyәtlәrini ifadә ediblәr. Kommunikenin sammitin yekununda qәbulu gözlәnilir.

Xatırladaq ki, G20 sammiti çәrçivәsindә ölkә liderlәri ailә fotosundan sonra "İnkişaf vә iqlim dәyişikliyi" adlı işçi yemәyinә qatılıblar.

Hazırda fasilә zamanı ölkә liderlәri ikili görüşlәrә başlayıblar. Bu müddәtdә Rusiya vә ABŞ przidentlәri Vladimir Putin vә Barak Obama arasında da görüşün olacağı gözlәnilir. Bundan başqa, sammitә ev sahibliyi edәn Rәcәb Tayyib Әrdoğan da Barak Obama, Vladimir Putin, Almaniya baş naziri Angela Merkel vә digәr ölkә liderlәri ilә ikili görüşlәr keçirәcәk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR