Bakıda ata oğlunu bıçaqlayıb

Bakıda ata oğlunu bıçaqlayıb
# 13 iyun 2016 09:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ata oğlunu bıçaqlayıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Rəfayel Əbdülbağı oğlu Mehdiyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində oğlu, 1982-ci il təvəllüdlü Raufu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən ata tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR