Moskvada general-leytenant Kərim Kərimova həsr edilmiş filmin növbəti nümayişi olub - FOTOSESSİYA

Moskvada general-leytenant Kərim Kərimova həsr edilmiş filmin növbəti nümayişi olub - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 10:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvanın "Bakı" kinoteatrında məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimova həsr edilən “Ucalıq” adlı sənədli film nümayiş olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, K. Kərimovun nəvəsi Kərim Kərimov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və diasporun nümayəndələri iştirak ediblər.

Səfir Polad Bülbüloğlu çıxışı zamanı filmin rejissoru, Azərbaycanın xalq artisti Vasif Babayevi Rusiya paytaxtında keçirilən təqdimat mərasimi ilə bağlı təbrik edib. Bu filmin bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən diplomat bildirib ki, Azərbaycanda uzun müddət həmyerlimizin Sovet İttifaqı pilotların uçuşu üzrə Dövlət Komissiyasının rəhbəri olmasından xəbərsiz olublar: "Ancaq Kərim Kərimov təqaüdə çıxdıqdan sonra bu məlumatı ictimaiyyətdən sirr saxlamayıblar. Əlbəttə ki, bütün Azərbaycan SSRİ kosmonavtikasının məhz Kərim Kərimovun adı ilə bağlı olmasından fəxr edir".

Diplomat bir neçə gün əvvəl filmin təqdimatının Kosmonavtika Muzeyində uğurla nümayiş etdirildiyini də xatırladıb. Onun sözlərinə görə, Moskvanın 157 saylı orta məktəbinin general Kərim Kərimovun adını daşıması çox simvolik xarakter daşıyır.

Kərim Kərimovun nəvəsi isə çıxışı zamanı filmin müəlliflərinə dərin təşəkkürünü bildirib.

Öz növbəsində filmin rejissoru Vasif Babayev film üzərində 1987-ci ildən işlədiyini qeyd edib: "Mən Kərim Kərimovla şəxsən tanış idim. O zaman hələ onun kimliyi ciddi sirr kimi qorunurdu. Kərim Kərimov Sovetlər İttifaqında ballistik və qanadlı raketlərin yaradıcılarının öndə gedənlərindən idi. Müharibədən sonra o, bir qrup alimlə bərabər Almaniyaya “Fau-1” və “Fau-2” raketlərini öyrənməyə göndərilib. Qayıdandan sonra onlar sovet raketinin üzərində işləməyə başlayıblar. Bu insan kosmik qüvvələrin yaradıcılarından biridir. Kərim Kərimov Raket Silahlanması Baş İdarəsinə, daha sonra isə Kosmik vasitələrin Mərkəzi İdarəsinə rəhbərlik edib. Bütün bunlar haqqında filmdə deyilib".

Filmin operatoru Elçin Abdullayev isə Kərim Kərimovun əfsanəvi şəxsiyyət olduğunu söyləyib: "Fəxr edirəm ki, bu dahi insan haqqında film çəkmək mənə nəsib olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR