Tovuzda 17 yaşlı oğlanı ilan sancıb

Tovuzda 17 yaşlı oğlanı ilan sancıb
# 15 avqust 2014 12:47 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda ilan sancması hadisəsi baş verib.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Aran Yanıqlı kəndində qeydə alınıb.

Kənd sakini 17 yaşlı Sahil Abbasov yonca sulayarkən ilan onu sol ayağından sancıb.

S. Abbasov dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR