«Bank Technique»in aktivləri 418 mln. manata çatıb

«Bank Technique»in aktivləri 418 mln. manata çatıb
# 28 yanvar 2013 13:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC 2012-ci ilin IV rübün yekunlarına görə 35,73 mln. manat həcmində mənfəət əldə edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın aktivləri 4% artaraq 2013-cü il yanvarın 1-nə 418 mln. manat təşkil edib.

Həmçinin, bankın qeyri-faiz gəlirləri rüb ərzində 30% artaraq 4,2 mln. manat çatıb.

Qeyd edək ki, bank tərəfindən cəlb olunan vəsaitlərin həcmi rüb ərzində 10% artıb və yanvarın 1-nə 177 mln. manat təşkil edib. «Depozit portfelinin artımını da qeyd etmək lazımdır ki, bu, əhali tərəfindən banka etibarlılıq səviyyəsini əks etdirən əsas göstəriclərdən biridir», - deyə bankdan bildirilib.

Rübün nəticələrinə görə, bankın likvidlik əmsalı 47%-ə bərabər olub ki, bu da Mərkəzi Bankın minimal tələbindən 17 faiz bəndi çoxdur. Bundan əlavə göstərilir ki, bankın məcmu kapitalı 40,5 mln. manata çatdırlıb.

Qeyd edək ki, 2012-ci in mayında əvvəllər «Texnika Bank» adlanan «Bank Technique»nin yeni idarə heyəti təsdiqlənib. İyunda isə səhmdarların növbədənkənar yığıncağında yeni Müşahidə Şurası seçilib.

Hazırda bankın ölkə ərazisində 32 filialı və 13 şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR