QDİƏT ölkələri universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlıq müzakirə olunacaq

QDİƏT ölkələri universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlıq müzakirə olunacaq
# 19 mart 2013 07:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM ) sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev martın 25-dən 28-dək Moldovanın paytaxtı Kişinyovda səfərdə olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, deputat QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə Komitəsinin 40-cı iclasında iştirak edəcək.

İclasda “QDİƏT-ə üzv ölkələrin universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlığın üstünlüyü və perspektivləri” mövzusunda məruzə və müvafiq qətnamə layihəsi təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR