Heydər Əliyev Mərkəzində Tünzalə Ağayevanın birinci Avropa Oyunlarına həsr olunan konserti keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Mərkəzində Tünzalə Ağayevanın birinci Avropa Oyunlarına həsr olunan konserti keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyun 2015 06:46 (UTC +04:00)

Bakı - APA. Mayın 31-də Heydər Əliyev Mərkəzində əməkdar artist, “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva “Xoş gəldin” adlı konsert proqramı ilə çıxış edib. İfaçını “Hicaz” qrupu müşayiət edib.

APA-nın "Azərtac"a istinadən verdiyi xəbərə görə, T. Ağayeva birinci Avropa Oyunlarına həsr olunan konsertin təşkilində onu dəstəkləyən Heydər Əliyev Fonduna minnətdarlığını bildirib, belə bir məkanda iki gün solo çıxış edəcəyindən qürur duyduğunu deyib.

Müğənni konsertdə populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan kompozisiyaları, birinci Avropa Oyunlarına həsr edilən “Bakının üzü gülür” mahnısını səsləndirib.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınmışdı. Bu məqamı xatırlayan müğənni həlak olanların ailələrinə başsağlığı verib və onlara səbir diləyib.

Qeyd edək ki, T.Ağayevanın “Xoş gəldin” adlı konsert proqramı Heydər Əliyev Mərkəzində iyunun 1-də də təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR