KİV: Əbu Bəkr əl Bağdadi öldürülüb

KİV: Əbu Bəkr əl Bağdadi öldürülüb
# 14 iyun 2016 15:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadinin koalisiya qüvvələri tərəfindən endirilən aviazərbələr nəticəsində ölməsi barədə məlumat yayılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın “Mirror” nəşri bildirib.

Nəşrin məlumatına əsasən əl Bağdadi iyunun 10-da Suriyanın Rakka şəhərinə endirilən aviazərbələr nəticəsində öldürülüb.

Digər mənbələr isə bildirir ki, İŞİD lideri İraqın Mosul şəhərində öldürülüb.

Qeyd edək ki, Əbu Bəkr əl Bağdadi 2014-ci ilin iyunundan İŞİD-ə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR