“AXA Mbask” ənənəvi sığorta agentliklərinin forumunu keçirib

“AXA Mbask” ənənəvi sığorta agentliklərinin forumunu keçirib
# 22 sentyabr 2015 06:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AXA Mbask” sığorta şirkəti Tovuzda “Güclü və dayanıqlı agentlik” adlı Sığorta Agentliklərinin Beşinci İllik Forumunu keçirib.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, üç gün davam edən Forumda “AXA Mbask”la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.

Forumda iştirakçılara xaricdən xüsusi dəvət olunmuş sığorta agentləri satışlarla bağlı geniş treninqlər keçiblər. Həmçinin forumda, ötən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olunublar, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Qeyd edək ki, “AXA Mbask”ın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərdi ki, “AXA Mbask” şirkəti və onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sığorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməkdədir. Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR