Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Natəvan küçəsində rayon sakini, 1994-cü il təvəllüdlü Beydullayev Murad Ceyhun oğlunun idarə etdiyi "KİA" və 1992-ci il təvəllüdlü Bədəlov Seymur Hafiz oğluna məxsus "VAZ 2106" markalı minik avromobilləri toqquşub.
Hadisə zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.